Bakı. Trend:
Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi qulluqçu həlak olub.
Trend-in məlumatına görə, hospitala yerləşdirilən 2000-ci il təvəllüdlü Frunzik Tamazyanı həkimlər xilas edə bilməyib. İlkin diaqnoza əsasən, əsgər qaraciyər çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlarda Ermənistan ordusunda ölüm halları artıb.