...

Lavrov: Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2019 15:33 (UTC +04:00)
Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir
Lavrov: Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir

Bakı. Ləman Zeynalova - Trend:

Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə birgə mətbuat konfransı zamanı deyib.

Nazir həmçinin, Cənubi Qafqazda sabitliklə bağlı Cenevrə müzakirələrinin vacib rolunu qeyd edib.

S.Lavrov bildirib ki, Rusiya yeni çağırış və təhdidlərlə mübarizədə, eləcə də ümumi məkanda müxtəlif münaqişələrin nizamlanmasında ATƏT fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təklifləri dəstəkləyir:

“Rusiya ATƏT-in ümumi dialoq məkanı kimi istifadə olunmasının tərəfdarı kimi çıxış edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti