...

İşğal olunmuş Dağlıq Qarabağda ermənistanlı hərbi qulluqçu vəfat edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2020 12:34 (UTC +04:00)

Bakı. Trend:

İşğal olunmuş Dağlıq Qarabağda ermənistanlı hərbi qulluqçu vəfat edib.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, aprelin 3-də saat 00:35-də 2000-ci il təvəllüdlü Qaregin Babakexyan aldığı güllə yarasından ölüb.

Əsgərin ölümü ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Ermənistan ordusunda bu ilin yanvar-fevral aylarında ard-arda baş verən əsgər ölümləri böyük əks-səda doğurub, bir sıra yüksək vəzifəli məmur vəzifədən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti