...

Ermənistan atəşkəsi 24 dəfə pozdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2020 09:18 (UTC +04:00)
Ermənistan atəşkəsi 24 dəfə pozdu

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli və Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti