...

Makron Putin və Trampla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etməyi planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2020 13:22 (UTC +04:00)

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron rusiyalı və amerikalı həmkarları Vladimir Putin və Donald Trampla telefon danışıqları keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Fransa Prezidenti Latviyaya səfəri zamanı mətbuat konfransında deyib.

O bildirib ki, Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə etməyi planlaşdırır:

"Bu mövzu ilə səlahiyyətli vasitəçilər qrupu, Fransa, Rusiya və ABŞ-ın daxil olduğu Minsk qrupu məşğul olur. Biz eskalasiyanın ilk saatlarından öz tərəfdaşlarımızla həm XİN rəhbərləri, həm də prezidentlər səviyyəsində təmasdayıq. Bu axşam mən Prezident Putinlə, sabah isə Prezident Trampla əlaqə yaratmağı və yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparmağı planlaşdırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti