...

Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2020 18:58 (UTC +04:00)
Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP

Bakı. Nərgiz Sadıxova - Trend:

Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə daha çox ziyan vurulmasının qarşısını alacaq.

Bunu Trend-ə BMT-nin Ətraf mühit üzrə Proqramının (UNEP) nümayəndəsi deyib.

O bildirib ki, BMT-nin baş katibi və İnsan haqları üzrə ali komissarın bəyan etdiyi kimi, məkandan asılı olmayaraq, mülki şəxslərin və mülki infrastrukturun müdafiəsi üçün beynəlxalq humanitar hüquq üzrə bütün öhdəlikləri yerinə yetirmək vacibdir:

“Biz BMT-nin döyüş əməliyyatlarının dərhal dayandırılması və ətraf mühitə daha çox ziyanın vurulmasının qarşısının alınması ilə bağlı çağırışını dəstəkləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti