Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçirilən "Qarabağ harayı" yazı müsabiqəsinin qaliblərinin təqdimat mərasimi 2006-cı il yanvarın 28-də keçiriləcək. Bu barədə Trend ə QAT-dan məlumat verilib.
Müsabiqəyə son bir il ərzində dövri mətbuatda dərc edlmiş yazılar təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 2006-cı il yanvarın 15-dək Təşkilat Komitəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, "Qarabağ harayı" müsabiqəsinin keçirilməsində məqsəd KİV-in Qarabağ məsələsinə daha çox diqqət ayırmasına, obyektiv ictimai rəy formalaşdırmasına çalışmaqdan ibarətdir. Müsabiqə ənənəvi olaraq hər il təşkil olunur.