...

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanın xarici işlər nazirliyində məsləhətləşmələr aparır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2006 14:32 (UTC +04:00)

Fevralın 1-də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupu həmsədrləri Azərbaycanın xarici işlər nazirliyində məsləhətləşmələr aparır. Trend in xəbər verdiyi kimi, xarici işlər naziri Elmar Məmmədyarovla görüşə qrupun rusiyalı, amerikalı və fransalı həmsədrləri Yuri Merzlyakov, Stiven Mənn və Bernar Fasye gəlib. Görüşdən əvvəl onlar hər hansı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatının Minsk qrupunun fəaliyyətindən narazı olan 15 nəfərədək üzvü diplomatların XİN-ə gəlişi zamanı icazəsiz piket keçirməyə cəhd göstərib. Aksiya iştirakçıları piketin qarşısını alan polis tərəfindən saxlanılıb.

Xəbər lenti

Xəbər lenti