...

Eldar İbrahimov: "Azərbaycan tərəfi çalışacaq ki, təkliflərini Qoran Lenmarkerin hazırladığı məruzəyə daxil etdirsin"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2006 19:02 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin məruzəsi qurumun bürosunun ilk iclasında gündəliyə salına bilər. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov bildirib.

E.İbrahimov onu da qeyd edib ki, Azərbaycanın nümayəndə heyəti qurumun iyulun 3-7-də Brüsseldə keçiriləcək yay sessiyasında məruzəçi Qoran Lenmarkerlə görüşəcək: "Qoran Lenmarker Dağlıq Qarabağla bağlı hazırladığı məruzəni həm Azərbaycan, həm də Ermənistan tərəfinə göndərib. Tərəflər onun məruzəsi ilə tanış olduqdan sonra təkliflərini verəcək. Bundan sonra məruzə qurumun yay sessiyasının gündəliyinə çıxarılacaq".

E.İbrahimov onu da vurğulayıb ki, təkliflər qəbul edildikdən sonra onun müzakirəyə çıxarlıması baş tuta bilər: "Prosedur qaydalarına görə tərəflər verəcəkləri təklifləri məruzəçinin özü ilə razılaşdırılmalıdır. Əgər məruzəçi həmin təklifləri məruzəsinə daxil edərsə, onda sənəd müzakirəyə çıxarılacaq. Biz çalışacağıq ki, maraqlarımızı ifadə edən təklifləri məruzəyə daxil edək".

Xəbər lenti

Xəbər lenti