...

Rəfael Hüseynov: "Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın dəyişməyəcək prinsipləri var"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2006 12:11 (UTC +04:00)

Avropa Şurası Nazirlər Komitəsinin Aqo Monitorinq Qrupunun, ATƏT-in və Minsk qrupunun sədri də dəyişilə bilər, prinsiplər isə dəyişmir. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rəfael Hüseynov Aqo Monitorinq Qrupunun rəhbərinin dəyişməsinin Azərbaycana təsirinə münasibət bildirərəkən qeyd edib.

Qeyd edək ki, iyulun 12-də Avropa Şurası Nazirlər Komitəsinin Aqo Monitorinq Qrupunun sədri dəyişdirilib. İsveçin səfiri Qper Styorqan yeni sədr seçilib. Onu da bildirək ki, Aqo qrupu iyunun 13-14-də Azərbaycanda səfərdə olub və ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərini necə yerinə yetirməsini araşdırıb. İyulun 12-də isə Avropa Şurası Nümayəndələr Komitəsində monitorinqlə bağlı hesabat verib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ problemi və Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzlə bağlı dəyişməyəcəyi prinsipləri var: "Bunlar ölkənin ərazi bütövlyü və sərhəd toxunulmazlığı qorunmalıdır. Bunlar müzakirə mövzusu ola bilməz. Azərbaycan bu məsələdə bütün kmpromislərə gedib. Sadəcə təkliflər, qrupların sədrləri dəyişdikcə onları problemlə daha yaxından tanış etməliyik ki, qərarlarında yanılmasınlar, məsələyə obyektiv qiymət versinlər".

Xəbər lenti

Xəbər lenti