...

ANAMA direktoru Cenevrədə donor ölkələrlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2006 13:08 (UTC +04:00)

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov Cenevrədə donor ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə edib. ANAMA-dan Trend ə verilən məlumata görə, məsləhətləşmələr BMT-nin mina əməliyyatları üzrə milli direktorları və məsləhətçilərinin 9-cu görüşü çərçivəsində aparılıb.

Görüşdə məqsəd bu sahədə gələcək strategiyanın müəyyən edilməsindən ibarətdir. Eyni zamanda ANAMA direktoru humanitar minalardan təmizləmə üzrə Cenevrə beynəlxalq mərkəzinin səfiri İ.Helenlə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsində də ikitərəfli görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti