...

Ermənistanın müdafiə naziri hesab edir ki, azərbaycanlı həmkarı da atəşkəs rejiminin qorunmasına tərəfdardır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2006 15:26 (UTC +04:00)

Ermənistanın müdafiə naziri Serj Sarkisyan hesab edir ki, onun azərbaycanlı həmkarı da atəşkəs rejiminin qorunmasının tərəfdarıdır.

"O, da atəşkəs rejiminin pozulmamasını istəyir", - deyə iki ölkənin müdafiə nazirlərinin bu yaxınlardakı görüşünü şərh edən Sarkisyan jurnalistlərə bildirib.

"Sadəcə olaraq, biz anlamalıyıq ki, əgər iki tərəfdə on minlərlə silahlı insan durubsa, müəyyən hallarda atışmalar ola bilər. Ən vacibi isə bu atışmaların qərəzli olmaması, böyük hadisələrə gətirib çıxarmamasıdır", - deyə Ermənistanın müdafiə naziri qeyd edib.

Ermənistan və Azərbaycanın müdafiə nazirləri Serj Sarkisyan və Səfər Əbiyevin görüşü oktyabrın 20-də Ermənistan-Azərbaycan sərhədində baş tutub. Nazirlər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən atəşkəs rejiminin qorunması problemini müzakirə ediblər. Bu barədə Novosti-Armeniya xəbər verir.

Xəbər lenti

Xəbər lenti