...

ATƏT Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri Yerevandadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2006 13:33 (UTC +04:00)

ATƏT Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri - Yuri Merzlyakov və Bernar Fasye Yerevana gəlib. Bu barədə Ermənistan XİN-in mətbuat katibinin əvəzi Vladimir Karapetyan Armİnfo-ya məlumat verib.

Trend Armİnfo-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu gün həmsədrlərin Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla görüşü olacaq. Respublika prezidenti Robert Koçaryan da həmsədrləri qəbul edəcək.

"Həmsədrlərin səfəri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldəki görüşünün yekunu üzrə baş tutacaq", - deyə V.Karapetyan qeyd edib.

O əlavə edib ki, həmsədrlərin indiki səfərində prezidentlər - Robert Koçaryan və İlham Əliyevin noyabrın 28-də keçiriləcək MDB dövlətlərinin Minskdəki sammiti çərçivəsində görüşünün təşkil olunması ehtimalı müzakirə olunacaq.

ABŞ-ın Ermənistandakı səfirliyindən Armİnfo-ya verilən xəbərə görə, öz növbəsində, amerikalı həmsədr Metyu Brayzanın sıx iş qrafiki olduğundan, o, digər həmsədrlərə qoşula və Yerevana gələ bilməyib.

Xəbər lenti

Xəbər lenti