...

Almaniya XİN: "ATƏT bundan sonra da Cənubi Qafqazda və Moldovada "dondurulmuş münaqişələr"lə bağlı vasitəçi qismində vacib rol oynaya bilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2006 15:13 (UTC +04:00)

ATƏT bundan sonra da Cənubi Qafqazda və Moldovada "dondurulmuş münaqişələr"lə bağlı vasitəçi qismində vacib rol oynaya bilər. Trend in verdiyi məlumata əsasən, bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyinin dövlət naziri Qernot Erler ATƏT xarici işlər nazirləri Şurasının Brüsseldə keçirilən görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib: "Biz tərəfləri danışıqlar üçün mövcud olan imkanlardan yararalanmağa və əldə olumuş razılaşmaları artıq həyata keçirməyə çağırırıq. Bununla əlaqədar Gürcüstandan Rusiya qoşunlarının çıxarılması prosesinin başlanmasını biz cidd-cəhdlə alqışlayırıq. İndi vacib olan odur ki, Moldovada olduğu kimi, orada da İstanbul razılaşması tez və uğurla həyata keçirilsin".

Xəbər lenti

Xəbər lenti