...

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: "Minsk qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin görüşündən ciddi irəliləyiş gözlənilmir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2007 13:53 (UTC +04:00)
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: "Minsk qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin görüşündən ciddi irəliləyiş gözlənilmir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ATƏT-in Minsk qrupu həmsədrlərinin özlərinin və onların təşkil etdiyi Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin görüşündən ciddi bir irəliləyiş gözlənilmir. Bu fikirləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Nizami Bəhmənov bildirib.

Bəhmənov xarici işlər nazirlərinin Praqa prosesi çərçivəsində görüşlərin davam etdirildiyini xatırladaraq həmsədrlərin sabah nazirlərin görüşünü təşkil edəcəyini deyib:

"Mən hesab edirəm ki, bu görüşlərdə ciddi irəlilyiş gözənilmir, bəzi razılaşdırılmamış məqamlar barədə müzakirələr aparılacaq. Əsas irəliləyiş yalnız prezidentlərin görüşündən sonra əldə edilə bilər".

Bəhmənov Ermənistanın xarici işlər naziri V.Oskanyanın danışıqlarda Azərbaycanın güzəştə gedəcəyi təqdirdə irəliləyiş əldə olunacağı barədə fikirlərinə münasibətini açıqlayıb. Bəhmənov hesab edir ki, Azərbaycanın sülh danışıqlarını davam etdirməsi ən böyük güzəştdir və ölkəmiz bundan artıq heç bir güzəştə gedə bilməz: "İşğalçı ölkə ilə sülh danışıqlarını davam etdirməkdən artıq kompromis gözləmək lazım deyil".

Xəbər lenti

Xəbər lenti