...

Türkiyənin Ermənistanla sərhəddində etiraz aksiyası keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2007 11:24 (UTC +04:00)
Türkiyənin Ermənistanla sərhəddində etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Türkiyənin İqdır vilayətinin Ermənistanla həmsərhəd hissəsində bazar günü etiraz aksiyası keçirilib. Bu barədə İqdır bələdiyyəsindən məlumat verilib.

Bazar günü İqdırın Orta Alıcan kəndində keçirilən toplantıda Türkiyə dərnəkləri ilə yanaşı Naxçıvan Dövlət Universitetinin tələbələri də iştirak ediblər. Aksiya iştirakçıları qondarma erməni iddialarına etiraz edərək, Ermənistanın bu siyasətdən və Azərbaycan torpaqlarının işğalından əl çəkməsini tələb ediblər.

Türkiyənin İqdır bələdiyyəsi başqanı Nurəddin Aras çıxışında bildirib ki, ermənilər Osmanlı Türkiyəsinə dəfələrlə etdiyi hücumların hamısında məğlub olublar. Ən sonuncu Çanaqqala döyüşündə böyük itki ilə geri çəkiliblər. Bələdiyyə başqanı qeyd edib ki, 1980-ci ildən etibarən Ermənistan bölgəsində yaşayan türkləri sürgün etməyə başlayan ermənilər əvvəlki məğlubiyyətlərinin intiqamını almaq məqsədilə hər fürsətdə hücumlarını davam etdirirlər. Ermənilərin 600 il himayəsində yaşadıqları Osmanlı dövlətinə xəyanət etdiklərini deyən bələdiyyə başqanı əlavə edib ki, ermənilərin guya Türkiyənin 1,5 milyon insanı qətlə yetirməsi iddiaları ən böyük yalanlardandır.

Digər çıxışçılar da erməni uydurmalarını, yalançı təbliğatlarını pisləyərək türkün qədim tarixi, ermənilərin törətdikləri terror hadisələrindən danışıblar. Naxçıvan Dövlət Universitetinin tarix müəllimi Elman Cəfərli ermənilərin Xocalıda törətdiyi soyqırım, azərbaycanlıların deportasiyası haqda məlumat verib.

Xəbər lenti

Xəbər lenti