...

Prezidentin xüsusi nümayəndəsi: "Ermənistan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına dair maksimal mövqeyindən əl çəkməli və "qızıl məxrəc"ə gəlməlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2007 15:23 (UTC +04:00)
Prezidentin xüsusi nümayəndəsi: "Ermənistan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına dair maksimal mövqeyindən əl çəkməli və "qızıl məxrəc"ə  gəlməlidir"

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Sualları Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan prezidentinin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi Araz Əzimov cavablandırır.

- Təhlükəsizlik məsələləri üzrə Vaşinqtonda keçiriləcək Amerika-Azərbaycan məsləhətləşmələri hansı tarixə təyin olunub?

- Biz təhlükəsizlik məsələləri üzrə Amerika-Azərbaycan dialoqunun növbəti mərhələsinin tarixi üzrə Amerika tərəfi ilə məsləhətləşmələr aparırıq. Fikirləşirəm ki, növbəti mərhələ iyunda baş tutacaq, dəqiq tarix isə daha sonra təyin olunacaq.

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri, Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə xüsusi nümayəndələrinin növbəti görüşləri nə vaxt keçiriləcək? Bakı iyunun 10-da Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə razıdırmı?

- Mayın 10-da axşam Strasburqda ATƏT-in Minsk qrupunun növbəti görüşü keçiriləcək. Bu görüş Azərbaycan və Ermənistanın danışıqlar üzrə həmsdərlərlə ayrıca danışıqları çərçivəsində keçəcək. Azərbaycan xarici işlər naziri və mənim iştirak edəcəyimiz Strasburqdakı danışıqlarda bizə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün konkret olaraq nəyin irəli sürüləcəyi bildiriləcək. Əgər bu əsaslar substantiv olsa, o zaman biz, rəhbərliyə bu və ya digər məsələni nəzərdən keçirməyi təklif edəcəyik. Əgər hər hansı bir irəliləyişə ümid etmək çətin olacaqsa, o zaman prezident görüşü ilə bağlı özü qərar qəbul edəcək.

- Ermənistanın müdafiə naziri bəyan edib ki, əgər Azərbaycan Dağlıq Qarabağ ətrafında yeddi rayonla bağlı razılığa nail olmaq istəyirsə, özü güzəştlərə getməlidir. Ermənistan Azərbaycandan hansı güzəştləri tələb edir? Və Azərbaycan nə təklif edə bilər?

- İlk növbədə, vəziyyət real imkanlar əsasında qurulur. Biz bu gün beynəlxalq hüquq prinsiplərinin qüvvədə olduğu dünya ictimaiyyətində yaşayırıq və bu prinsipləri pozmaq olmaz. Azərbaycan da heç kəsə bunu pozmağa icazə verməyəcək. İkinci növbədə, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq tərəfindən diqtə olunmuş prinsipdir və hazırki vəziyyətdə həll yolunun əsasıdır. Üçüncüsü, hər iki tərəf öz güzəştini etməlidir və bu, bir yerdə qarşılıqlı kompromis təşkil edir. Ermənistan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına dair maksimal mövqeyindən əl çəkməli və "qızıl məxrəc"ə gəlməlidir. Azərbaycan da Dağlıq Qarabağın Azərbaycan hakimiyyətinə tam, total və vertikal tabeçiliyində olması mövqeyindən çəkilməlidir. Nəticədə həmin "qızıl məxrəc" əmələ gəlir. Buna görə də Ermənistan ayrılma ideyasından geri çəkilir, Azərbaycan, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan icmalarının muxtariyyətinin olması ideyasına gəlir. Məhz bu, kompromislər predmetidir.

- Azərbaycan prezidenti sonuncu çıxışında qeyd edib ki, Ermənistan tərəfinin Qarabağ danışıqları üzrə bəyanatı parlament seçkiləri ilə əlaqədardır. Bu, Ermənistandakı parlament seçkilərindən sonra dəfələrlə baş vermiş danışıqlar prosesinin dayandırılması demək deyilmi?

- Ermənistandakı seçkilər və ümumilikdə istənilən dövlətdə seçkilər vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxarır. Ermənistandakı seçkilərdən mən konkret olaraq - seçkinin münaqişənin həllinə qeyri-formal yanaşmaların yarancağına səbəb olacağını, parlamentə "nə üçün biz Azərbaycanla sülhə nail ola bilmirik?" sualı ilə narahat olan insanların gəlməsini gözləyirəm. Seçkilərdən sonra Ermənistanda şişirdilmiş milliyətçi ideyasının və "böyük Ermənistan xalqının iztirabları", öz problemlərini qonşu dövlətlərin hesabına həll etmək fikirlərinin deyil, fikirlərin plüralizminin hökm surəcəyini gözləyirəm.

Buna uyğun olaraq, əgər seçkilər Ermənistana doğru yola çıxmaq və vəziyyəti düzgün qiymətləndirmək üçün kömək etsə, yəqin ki, mən şad olaram. Amma bu, hər dövlətin öz daxili işidir. 1997-ci ildə biz, Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan və Azərbaycan prezidenti Heydər Əliyevin səyləri ilə mümkün ola biləcək irəliləyişin Ermənistan prezidentinin təzyiqlər altında hakimiyyətdən uzaqlaşdırılması ilə müvəffəqiyyətsizliyə uğradılmasının şahidi olmuşuq. Sonra hansısa mənada həll prosesi ilə əlaqədar olan 1999-cu ildə Ermənistan parlamentində faciəvi hadisələri xatırlamaq olar. Buna görə də mən görürəm ki, münaqişələrdən yalnız əhali deyil, həmçinin demokratiya da əziyyət çəkir.

- Siz, təcavüzkar Ermənistanla hərbi birlikdə olan Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki mövqeyini obyektiv hesab edirsinizmi?

- Rusiyanın Ermənistanla müttəfiqlik münasibətlərinin öz çəkisi var və təbii ki, bizi birləşdirən və bizi fərqləndirənlərin kompozisiyasında öz yeri var. Rusiya və Ermənistan arasında münasibətlər Rusiyanın Cənubi Qafqazdakı bütün maraqlar kompleksi üzərində üstünlük təşkil edə bilməz. Fikirləşirəm ki, bu gün Rusiya Azərbaycanla bağlı, Azərbaycanla birgə əməkdaşlıqla bağlı maraqlarına böyük diqqət ayırır. Bu, Ermənistanla müttəfiqlik münasibətləri kontekstiylə bağlı olan hər hansı bir illüziyalardan daha böyük çəkiyə malikdir. Bu, geosiyasi regionu əlavə olaraq yükləyir. Nə etmək olar? Biz zamanında məsləhətlər vermişik və buna diqqət ayırmışıq. Əgər Rusiya Ermənistanla yüngül olaraq birlikdədirsə, bu onların öz işidir. Biz isə Rusiya ilə normal, qonşuluq münasibətləri qurmağa hazırıq. Rusiyaya bərabərhüquqlu strateji əməkdaşlıq təklif edirik, buna çağırırıq və dəvət edirik. Rusiya Azərbaycanda konstruktiv mövcudluğa səylərilə bu gün ABŞ və Fransa ilə birgə həll yolunda addımlar atır. Prinsipcə, Ermənistan tərəfi daha çox anlamalıdır ki, üç liderin simasında olan dünya ictimaiyyəti işğalla bağlı davam edən vəziyyətə artıq dözməyəcək. Ermənilərə hər zaman demişəm ki, işğal tez xarab olan məhsuldur. Vaxtında bu işğaldan azad olmaq lazımdır. Onlar işğal olunmuş torpaqları azad edəcəyi təqdirdə onların qarşısında hansı imkanların açılacağını təsəvvür etmirlər. Belə ki, burada söhbət ümumi götürülmüş torpaqlardan gedə bilər. Düşünürəm ki, mərhələli şəkildə azad etmək ermənilərin özünə də sərf etməz. Çünki 5 heç vaxt 7 olmur. Bu sadə hesabdır.

İşğal olnmuş yeddi rayonun işğalı və azərbaycanlıların Azərbaycanın Dağlıq Qarabağ regionuna qayıtması Ermənistana regionda layiqli yeri tutmağa, Azərbaycanla normal münasibətlərin bərpa olunmasına kömək edəcək və qeyri-konstruktiv siyasət aparan Ermənistan əldə etdiyi və əldə edəcəyindən daha çox udur.

- Rusiyanın Avropada Adi Silahlar Haqqında Müqavilədə iştirakında moratorium elan etməsi ilə bağlı prezident Vladimir Putinin RF Federal Birliyinə müraciətində səslənmiş niyyətini necə şərh edərdiniz?

- Bildiyim qədər, Rusiya tərəfi hələ ki, müqavilənin yerinə yetirilməsi üzrə birtərəfli moratoriumun qoyulmasını təklif etməyib. Lakin Azərbaycanın bu müqaviləyə spesifik münasibəti var. Təbii ki, ümumilikdə, geniş çərçivə və geniş coğrafiyada görürük ki, silahlar üzərində nəzarət və silahların yayılmaması sahəsində müqavilə konstrukisiyası kifayət qədər şoklara, hər hansı bir zərbə və sarsıntılara məruz qalır. Soyuq müharibə dövrü olanda RƏMS və s. haqqında müqavilələr mövcud olub. Onlar kifayət qədər sabit vəziyyəti sabitləşdirirdi. Nə hər hansı bir hərəkət, nə böhran, nə də qarşıdurmalar mövcud idi. Sabit qarşıdurma var idi və bu müqavilələr müqaviləni yerinə yetirən tərəfləri vədinə əməl etməyə vadar edirdi. Silah da məhz bu müqavilələrdə iştirak edən dövlətlərdə olurdu. Bu gün ilk növbədə, vəziyyət sabitsizləşdirilib, bütün sabitləşdiricilər aradan götürülüb, heç bir şok-absorberlər yoxdur, həmçinin münaqişələrdən sarsıntılar və böhranlar bir-birinin ardınca baş verir. Böhranlar yaradılır, yaranır, qızışdırılır, hərbi hərəkətlər, hərbi təzyiq cəhdləri baş verir. Bütün bunlar ona gətirib çıxarır ki, hansısa halda dövlət müqavilədən çıxır və elan edir ki, müqavilə artıq onun maraqlarına cavab vermir. Hansısa halda bu, başqa tərəfi cavab addımı atmağa məcbur və ya sövq edir. Əlavə silahlanma gedir və silah almalar yenə də məcburiyyət üzündən baş verir. Əgər biz bu gün məsələn, RƏMS məsələsi ilə bağlı kifayət qədər böhranlı vəziyyət yarandığını, ABŞ-ın RƏMS üzrə müqavilədən çıxıb Avropa miqyasında özünün RƏMS sistemini inkişaf etdirdiyini görürüksə, ruslar özlərini daha narahat hiss edir, belə ki, hesab edirlər ki, bu onları sıxır və onları hansısa addım atmağa vadar edir, başqa dövlətlər də həmçinin bu cür şok sarsıntıların təsirini hiss edir.

Buna görə də Avropada Adi Silahlar Haqqında Müqavilə ilə konkret axarda da bir-birinin ardınca böhranlı vəziyyət, gücün tətbiqi adi hal alıb. Silahı əldə etmək lazımdır - silahlar əldə olunur. Mən məsələn, Azərbaycanın əldə edə biləcəyi hər hansı bir müdafiə texnikasını nəzərdə tutmuram. Silahlanma strateji, qlobal səviyyədə gedir. Buna görə bunun hamısı çox ciddidir.

Xəbər lenti

Xəbər lenti