...

ABŞ-də polis zabiti xidməti silahı ilə vurularaq öldürülüb

Turizm Materials 9 Noyabr 2025 08:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Mayami dairəsinin şerif müavini Devin Xaramillo xidməti silahı ilə vurularaq həlak olub.

Trend xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, polis əməkdaşı yol qəzası ilə bağlı çağırışa cavab verərkən şübhəli şəxs ilə mübahisə edib. Mübahisə qarşıdurmaya çevrilib və həmin vaxt şübhəli Xaramillonun xidməti silahını ələ keçirərək ona atəş açıb.

Ağır yaralanan zabit xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra 21 yaşlı şübhəli – Stiven Devid Rastriyan avtomobilinə minərək intihar edib.

Faktla bağlı araşdırma Mayami Şerif Ofisinin cinayət bölməsi tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti