...

Novak Cokoviç karyerasında 101-ci titulu qazanıb

İdman Materials 9 Noyabr 2025 03:30 (UTC +04:00)
Novak Cokoviç karyerasında 101-ci titulu qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyalı tennisçi Novak Cokoviç Afinada keçirilən ATP turnirində qalib gələrək karyerasında 101-ci titulunu əldə edib.

Trend xəbər verir ki, final görüşündə Cokoviç italiyalı Lorenzo Musettini 2:1 hesabı ilə məğlub edib – setlər 4:6, 6:3, 7:5. İki tennisçi indiyədək 10 dəfə qarşılaşıb və bu görüşlərdə Cokoviç 9 qələbə qazanıb.

Qeyd edək ki, 37 yaşlı Novak Cokoviç karyerası ərzində 13 müxtəlif il boyunca Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub və 428 həftə ərzində lider olub. O, həmçinin 8 dəfə ilin sonunda birinci pillədə qərarlaşıb.

Cokoviç amerikalı Cimmi Konnors (109) və isveçrəli Rocer Federer (103)dən sonra 100-dən çox kubok qazanan üçüncü tennisçidir.

Xəbər lenti

Xəbər lenti