...

Suriya Prezidenti ABŞ-yə rəsmi səfər edib

Dünya xəbərləri Materials 9 Noyabr 2025 05:32 (UTC +04:00)
Suriya Prezidenti ABŞ-yə rəsmi səfər edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya Prezidenti Əhməd Əl Şaraa ABŞ-yə rəsmi səfər edib.

Trend xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.

ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın Vaşinqtona səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə koalisiyasına qoşulmaq istədiyini bildirib.

Qeyd edək ki, Suriya Prezidenti əvvəllər də ABŞ-yə səfər edib. Bu ilin sentyabrında onun səfəri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti