...

Azərbaycanın stolüstü tennis yığması 1/4 finala vəsiqə qazanıb - İslamiada

İdman Materials 9 Noyabr 2025 14:38 (UTC +04:00)
Azərbaycanın stolüstü tennis yığması 1/4 finala vəsiqə qazanıb - İslamiada

Bakı. Trend:

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, yığma C qrupundakı sonuncu matçında Pakistan seçməsi ilə qarşılaşıb və 8:3 hesablı qələbə qazanıb.

Milli komanda bu nəticə ilə qrup qalibi olaraq, 1/4 finala yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti