Bakı. Trend:
Yaponiyanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər verib.
Məlumata əsasənb, zəlzələnin ocağı İvate prefekturasının şərqində, 10 km dərinlikdə yerləşib. Zəlzələdən sonrakı ilk dəqiqələrdə Yaponiyanın şimal-şərq sahillərində sunami xəbərdarlığı verilsə də, sonradan xəbərdarlıq ləğv edilib.
Zəlzələdən sonra ölkənin atom elektrik stansiyalarında hər hansı bir fövqəladə vəziyyət barədə məlumat verilməyib.