Bakı. Trend:
Sülh prosesinin tez bir zamanda başa çatması Azərbaycan regionda sülhün memarı kimi ön plana çıxaracaq.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Sülh prosesinin tez bir zamanda başa çatması müharibənin qalibi olan Azərbaycanı regionda sülhün memarı kimi ön plana çıxaracaq. Bu düşüncələrlə bir daha bütün Azərbaycanlı qardaşlarımızı Qələbə Günü münasibətilə təbrik edir və ölkəm və millətim adından ən səmimi arzularımı çatdırıram", - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan qeyd edib ki, Cənubi Qafqazda 30 ildən çox davam edən qeyri-sabitlikdən sonra davamlı sülh və əmin-amanlıq üçün fürsət pəncərəsi açılıb.
Azərbaycan və Ermənistan arasında sülh prosesi kontekstində atılan addımları alqışladıqlarını vurğulayan Ərdoğan avqustun 8-də Vaşinqtonda tərəflər arasında əldə edilən razılaşmadan məmnun olduğunu bildirib.
