...

Ceyhun Bayramov Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Siyasət Materials 9 Noyabr 2025 11:49 (UTC +04:00)
Ceyhun Bayramov Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında qeyd edib.

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Müstəqilliyimizin və suverenliyimizin təcəssümü olan şanlı üçrəngli bayrağımız bu gün bütün suveren Azərbaycan ərazilərində dalğalanır. Milli qürur mənbəyimiz olan bayrağımız uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm", - deyə paylaşımda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti