...

Mayk Tayson Ceyk Pola qarşı revanşa hazır olduğunu bildirib

İdman Materials 9 Noyabr 2025 06:45 (UTC +04:00)
Mayk Tayson Ceyk Pola qarşı revanşa hazır olduğunu bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfsanəvi boksçu Mayk Tayson ötən il məğlub olduğu Ceyk Pola qarşı revanş döyüşü keçirməyə hazır olduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Tayson özü açıqlama verib.

"Son döyüşümdən sonra çox şey öyrəndim. Həddindən artıq çox çalışmışdım, məşqlərdə özümü çox yormuşdum. Çox gərgin idim, hər şeydə ifrata varmışdım. İndi isə başa düşürəm ki, daha sakit və rahat olmalıyam", - deyə Tayson bildirib.

O əlavə edib: "Düşünürəm ki, çox intensiv məşq etmişdim və döyüş gücümün böyük hissəsini zalda qoymuşdum. Ümid edirəm ki, revanşı reallaşdıra bilərik. O, son döyüşdə yaxşı çıxış etdi, amma mən bir daha sınamaq istəyirəm".

Xəbər lenti

Xəbər lenti