Bakı. Trend:
Filippində "Funq Vonq" super tayfunu səbəbindən baş verən daşqınlar səbəbindən ən azı iki nəfər ölüb, 1 milyondan çox insan təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə "ABS-CBN News" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, meteoroloqlar Filippinin demək olar ki, bütün ərazisində güclü külək və leysan yağışların olacağını proqnozlaşdırırlar. Küləyin sürətinin 64 m/s-ə qədər artacağı gözlənilir. Hava şəraiti ilə əlaqədar 300-dən çox daxili və beynəlxalq uçuş təxirə salınıb.
Filippin Mülki Müdafiə Agentliyi daha əvvəl "Kalmaeqi" tayfununun Filippinin mərkəzi bölgələrinə təsir etməsi nəticəsində ölənlərin sayının 224-ə çatdığını, 109 nəfərin isə itkin düşdüyünü bildirib.