...

Macarıstan ABŞ-dan HIMARS raket sistemi və digər silahlar almağı planlaşdırır

Dünya xəbərləri Materials 9 Noyabr 2025 05:55 (UTC +04:00)
Macarıstan ABŞ-dan HIMARS raket sistemi və digər silahlar almağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan hökuməti ABŞ-dən HIMARS çoxnövlü raket sistemi və digər müasir silahlar almağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Baş nazir Viktor Orbanı Vaşinqtona müşayiət edən müdafiə naziri Kriştof Szalay-Bobrovnitski məlumat verib.

Budapeştə qayıdarkən macar jurnalistlərə müsahibəsində o bildirib ki, HIMARS sistemi ölkənin silahlı qüvvələrinin növbəti 10 il üçün inkişaf planına uyğun satınalma siyahısında yer alır. Nazir əlavə edib ki, bu sistem Macarıstanın strateji imkanlarını genişləndirmək potensialına malikdir.

Jurnalistlər ona xatırladıblar ki, əvvəllər Macarıstanın ABŞ-dən 20-24 ədəd HIMARS almaq niyyətində olması barədə mediada məlumatlar yayılmışdı. Szalay-Bobrovnitski təsdiqləyib ki, təklif olunan müqavilə təxminən həmin məbləğə bərabərdir.

O, Pentaqonda Amerika silahlarının alınması ilə bağlı danışıqlar apardığını, lakin ABŞ Konqresi də daxil olmaqla müxtəlif icazələrin tələb olunduğu üçün bu danışıqların yaxın zamanda Macarıstanda nəticələnməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti