...

Donald Tramp yeni stadionun adının öz adı ilə bağlı olmasını istəyir

Dünya xəbərləri Materials 9 Noyabr 2025 03:54 (UTC +04:00)
Donald Tramp yeni stadionun adının öz adı ilə bağlı olmasını istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda tikilməsi planlaşdırılan stadionun onun adı ilə adlandırılmasını istəyir.

Trend xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbələr bildiriblər ki, layihə Vaşinqtonun şərqində yerləşən Robert Kennedi stadionunun yerində tikiləcək qapalı idman arenasını əhatə edir. Layihənin dəyəri təxminən 3,7 milyard dollar təşkil edəcək. Yeni stadionun 2030-cu ildə istifadəyə verilməsi və Milli Futbol Liqasının “Washington Commanders” komandasının ev meydançası olması planlaşdırılır.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib: “Bu, gözəl bir ad olardı, çünki yeni stadionu mümkün edən Prezident Tramp olub”.

Yeni stadionun Kolumbiya dairəsinə məxsus olması və arenanın adının müəyyənləşdirilməsi ilə bağlı son qərarın rəhbərlik tərəfindən verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti