Bakı. Trend:
Çin bazar günü üç "Şiyan-32" eksperimental peykini kosmosa buraxıb.
Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.
Məlumata əsasən, raketin buraxılışı Tayyuan Peyk Buraxılış Mərkəzi tərəfindən yerli vaxtla saat 05:01-də Hayan şəhərinin sularında həyata keçirilib. Cihazlar kosmosa "Long March 11" buraxılış vasitəsi ilə göndərilib. Bu seriyadakı peyklər kosmosda elmi təcrübələr üçün nəzərdə tutulub.
Hazırkı buraxılış "Long March" seriyalı raketlərin 606-cı buraxılışı olub.