Bakı. Trend:
Çinin cənubundakı Longevity startapı "Lonvi Biosciences" üzüm çəyirdəyi ekstraktında olan birləşmələr əsasında qocalma əleyhinə həblər hazırlayır.
Trend xəbər verir ki, bu barədə şirkətin texniki direktoru Liu Çinhua məlumat verib.
Liu Çinhua bildirib: "150 ilə qədər yaşamaq mümkündür və bir neçə ildən sonra bu, reallığa çevriləcək".
Şirkət üzüm çəyirdəyi ekstraktında olan təbii prosianidin C1 (PCC1) birləşməsinə əsaslanan dərman üzərində işləyir. Bu preparat orqanizmin yaşlanma prosesini ləngitməyi və hüceyrə səviyyəsində qocalmanın təsirlərini azaltmağı hədəfləyir.
