...

ABŞ-nin B-52H strateji bombardmançı təyyarələri İspaniyaya yerləşdirilib

Dünya xəbərləri Materials 9 Noyabr 2025 07:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin bir qrup "B-52H Stratofortress" strateji bombardmançı təyyarəsi Finlandiya, Litva, İsveç və digər müttəfiqlərlə birgə çoxtərəfli təlimlər keçirmək məqsədilə İspaniyadakı Moron hava bazasına gəlib.

Trend xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı məlumat yayıb.

Bir gün əvvəl Luiziana ştatının Barksdeyl Hava Qüvvələri bazasından havaya qalxan üç B-52H bombardmançı təyyarəsi İspaniyaya enib.

Hərbi qurumun açıqlamasına görə, bu tip təlimlər ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı ekipajlarına yaranan təhdidlərə sürətli reaksiya vermək, NATO-nun şərq cinahı və uzaq şimal bölgəsində etibarlı müdafiə maneəsi yaratmaq imkanlarını artırmağa xidmət edir.

Məlumata əsasən, təlimlər zamanı ekipajlar mürəkkəb hava məkanında yüksək təhlükə şəraitində manevr və əməliyyat uçuşlarını təqlid edən bir sıra tapşırıqları yerinə yetirəcəklər.

Xəbər lenti

Xəbər lenti