...

Livanda İsrail PUA-sının hücumu nəticəsində "Hizbullah" döyüşçüsü ölüb

Dünya xəbərləri Materials 9 Noyabr 2025 15:04 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı "Hizbullah" təşkilatına məxsus yük maşınına zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə "Lebanon 24" xəbər portalı bildirib.

Məlumata əsasən, zərbə nəticəsində yük maşını alovlanıb və onu idarə edən "Hizbullah" döyüşçüsü həlak olub.

Bildirilib ki, gadisə Livanın cənubundakı Əs-Səvvan və Xirbət Silm şəhərləri arasındakı magistral yolda baş verib.

Xəbər lenti

Xəbər lenti