...

Azərbaycan boksçusu İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib

İdman Materials 9 Noyabr 2025 18:02 (UTC +04:00)
Azərbaycan boksçusu İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib

Bakı. Trend:

Azərbaycanın boksçusu Səidcəmşid Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

Trend-in məlumatına görə, 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda iordaniyalı idmançı Hüseyn Laşhaişlə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz adını finala yazdırıb.

Qeyd edək ki, bu gün, həmçinin Aynur Mikayılova (57 kiloqram), Fatimə Mehdiyeva (65 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) də yarımfinalda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti