...

Millət vəkili: "Milli Məclis Azərbaycanın işğal olunmuş torpaqlarında törədilən yanğınlarla bağlı beynəlxalq təşkilatlara müraciət etməlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclis Azərbaycanın işğal olunmuş torpaqlarında törədilən yanğınlarla bağlı beynəlxalq təşkilatlara müraciət etməlidir. Bu təkliflə Milli Məclisin cümə axşamı keçirilən iclasında İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Əli Məsimli çıxış edib.

O qeyd edib ki, ermənilər Azərbaycanın işğal altında olan ərazilərindəki maddi sərvətlərini talan edirlər, apara bilmədiklərini isə yandırırlar. Məsimli vurğulayıb ki, Milli Məclis buna biganə qalmamalıdır. Deputat bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən xarici şirkətlərin sayı 20-dən artıqdır : "İşğal altında olan Söyüdlü yatağında işləyən Kanadanın bir şirkəti ildə 600 mln. dollar gəlir əldə edir. Bu məsələnin qarşısının alınması üçün Azərbaycan tərəfi addımlar atmalıdır".

Xəbər lenti

Xəbər lenti