AŞPA rəhbəri: "Qarabağdakı seçkilər beynəlxalq birlik tərəfindən tanına bilməz"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2007 12:26 (UTC +04:00)

Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan seçkilər beynəlxalq birlik tərəfindən tanınmayacaq. Bunu Yerevandakı brifinqdə Avropa Şurası Parlament Assambleyasının sədri Pene Van der Linden deyib. (Novosti-Armeniya)

"Səmimi deyirəm ki, Dağlıq Qarabağdakı seçkilər beynəlxalq birlik tərəfindən qəbul edilə bilməz" - deyə o vurğulayıb.

"DQR"də prezident seçkiləri iyulun 19-da keçirilə bilər. Hazırda bu qondarma vəzifəyə beş namizəd iddia edir. Bunlar Bako Saakyan ("DQR"in Milli Təhlükəsizlik Xidmətinin rəisi), Masis Mailyan ("DQR"in xarici işlər nazirinin müavini), Armen Abqaryan ("DQR" parlamentinin deputatı) və Vanya Avanesyandır (müəllim).

Xəbər lenti

Xəbər lenti