...

Azərbaycanın hakim partiyası Rusiya səfirliyinə etiraz məktubu göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2007 18:07 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Rusiya səfirliyinə etiraz məktubu göndərib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Yeni Azərbaycan Partiyası (YAP) Rusiya Dövlət Duması nümayəndəsinin qondarma Dağlıq Qarabağda keçirilən "prezident seçkisini" "beynəlxalq müşahidəçi" statusunda izləməsi ilə əlaqədar bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasili İstratova etiraz məktubu göndərib. Bu barədə cümə axşamı YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Məktubda qeyd edilib ki, işğalçı Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimin əli ilə keçirdiyi "prezident seçkisi" beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən beynəlxalq hüquq normalarına kobud etinasızlıq və münaqişənin sülh yolu ilə həlli əleyhinə yönəlmiş addımdır. Rusiya Federasiyası Dövlət Dumasının Təşkilat və Reqlament Komitəsinin sədr müavini Sergey Qlotov, o cümlədən qeyri-hökumət təşkilatları adı altında ayrı-ayrı Rusiya vətəndaşları "beynəlxalq müşahidəçi" statusunda qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "prezident seçkisi"ni müşahidə etməsi beynəlxalq hüquq və etik normalarla ziddiyyət təşkil edir və onlar bu cür "müşahidəçilik missiyası" ilə əslində özlərini separatçılarla bir cərgədə qoymuş olurlar. YAP-ın etiraz məktubunda Azərbaycan ictimaiyyətinin bu məsələ ilə bağlı narazılığını ifadə edərək, Dövlət Duması nümayəndəsinin bu addımını münaqişənin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya ilə Azərbaycanın strateji əməkdaşlığına zidd mövqe kimi dəyərləndirir və müvafiq qurumlardan problemə aydınlıq gətirilməsi xahiş edilir.

Rusiya səfirliyi məsələ ilə bağlı şərh vermək istəməyib.

Xəbər lenti

Xəbər lenti