...

İran prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Avqust 2007 11:21 (UTC +04:00)
İran prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır (video)

Azərbaycan, Bakı / Trend , müxbir P.Kəsəmənski/ İran prezidenti Mahmud Əhmədinejad Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində həllinə tərəfdardır. Bunu o, çərşənbə günü Bakıda keçirilən mətbuat konfransında azərbaycanlı və iranlı jurnalistlərə deyib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyimiz açıq bəyan olunub və dünən mən bu barədə Azərbaycan prezidenti İlham Əliyevə demişəm" - deyə Əhmədinejad vurğulayıb.

Onun sözlərinə görə, İran hesab edir ki, Qarabağ münaqişəsi üzrə danışıqlar problemin həllinə xidmət edir və qanun çərçivəsində əməkdaşlığın inkişafı üçün əsas yaradır.

"Biz qonşularımızın problemlərinin sülh yolu həllini görmək istəyirik" - deyə İran prezidenti qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti