...

Səfir: " Rusiya səfirliyinə Qutseriyevin Azərbaycanda olması ilə bağlı məlumat daxil olmayıb" (Video)

Siyasət Materials 13 Sentyabr 2007 17:19 (UTC +04:00)
Səfir: " Rusiya səfirliyinə Qutseriyevin Azərbaycanda olması ilə bağlı məlumat daxil olmayıb" (Video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Cümə axşamı Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun verdiyi məlumata görə, Rusiyanın Azərbaycandakı səfirliyinə Rusiyada, barəsində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri çıxarılan "Russneft"in prezidenti, biznesmen Mixail Qutseriyevin Azərbaycanda olması ilə bağlı məlumat daxil olmayıb.

Əvvəllər Azərbaycan KİV-i Qutseriyevin, müntəzəm olaraq,Türkiyədən Azərbaycana və geri istiqamətdə yerini dəyişməsi ilə bağlı məlumatlar yayıb.

2007-ci ilin fevral ayında biznesmen vergidən yayınmada, may ayında isə qanunsuz sahibkarlıqda ittiham olunub. Qutseriyevin özü isə, bu ittihamları təkzib edib və yay aylanrında ona məxsus olan "Russneft"in satıldığını bildirib. Avqustun 24-də onun axtarışına başlanıb, 28-də isə sahibkarın həbsi barədə qərar çıxarılıb.

Rusiya KİV-nin məlumatına görə, Rusiya DİN-i Rusiyanın ən zəngin şəxslər reytinqinə daxil olan "Russneft"in keçmiş rəhbərinin yeri bardə dəqiq məlumatlara malik deyil. Hazırda Qutseriyevin beynəlxalq səviyyədə axtarışı həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti