...

ADP prezident seçkisində iştirak taktikasını müəyyənləşdirməyə başlayır

Siyasət Materials 17 Sentyabr 2007 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) gələn il keçiriləcək prezident seçkisində iştirak taktikasını müəyyənləşdirməyə başlayır. Bu barədə bazar ertəsi Trend ə ADP-dən məlumat verilib.

ADP-nin İdarə Heyətinin bazar ertəsi keçirilən iclasında partiyanın prezident seçkisində iştirakına dair IX qurultayda çıxarılmış qərar təsdiqlənib.

Həmçinin, qərara alınıb ki, 2008-ci il seçkilərində partiyanın iştirak taktikası ilə bağlı,ADP-nin yerli təşkilatlarında müzakirələrə start verilsin.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı sentyabrın sonunda Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında növbəti müzakirələr aparılacaq. Həmin toplantıda müxalifət partiyalarının da iştirakı nəzərdə tutulur. ADP-nin İdarə Heyəti qərara alıb ki, bu müzakirələrdə müxalifətin vahid mövqedən çıxış etməsi üçün ADP sədri digər partiyalarla danışıqlara başlasın.

ADP partiyanın indiki sədri Sərdar Cəlaloğlu tərəfindən 1991-ci ildə təsis olunub. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti