...

Azərbaycanın müxalifət partiyası Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verir

Siyasət Materials 19 Sentyabr 2007 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), onların sərbəst toplaşmaq azadlığını pozduğuna görə, Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək, çərşənbə günü Trend ə açıqlamasında partiyanın təbliğat və mətbuat katibi Əli Orucov bildirib.

"Bizim bir neçə dəfə keçirmək istədiyimiz etiraz aksiyasına Bakı şəhər İcra Hakimiyyəti icazə verməyib və partiya üzvlərinin sərbəst toplaşmaq hüququnu pozub"- Orucov deyib.

AMİP sentyabrın 20-da Bakının Füzuli meydanında piket keçirməyə icazənin verilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətə isə, çərşənbə günü mənfi cavab verilib. Partiyanın sentyabrın 7-də Nazirlər Kabinetinin qarşısında keçirmək istədiyi piketə də icazə verilməmişdi. AMİP sosial problemlərin həlli şüarı ilə bir neçə dəfə piket keçirməyə cəhd edib.

Sənədlər məhkəməyə həftəsonu təqdim olunacaq.

Orucov bildirib ki, partiyanın Siyasi Şurasının çərşənbə günü keçirilən iclasında, sabaha planlaşdırılan piketin qeyri-müəyyən vaxta qədər təxirə salınmasına dair qərar çıxarılıb.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti