...

Sorğu Ermənistan əhalisinin əksəriyyətinin gələnilki prezident seçkilərinin ədalətli olacağına inanmadığını göstərir

Siyasət Materials 20 Sentyabr 2007 11:52 (UTC +04:00)
Sorğu Ermənistan əhalisinin əksəriyyətinin gələnilki prezident seçkilərinin ədalətli olacağına inanmadığını göstərir

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ermənistan əhalisinin əksəriyyəti 2008-ci il fevralın 12-də keçiriləcək prezident seçkilərinin açıq və ədalətli olacağına inanmır. Bu barədə "Amerikanın səsi" radiosunun Ermənistan bölməsi ("Voice of Armenia") Ermənistan Sosiologiya Assosiasiyasına istinadən məlumat yayıb.

Assosiasiya gələnilki prezident seçkilərinə dair sosioloji sorğu keçirib. Sorğu zamanı məlum olub ki, Ermənistan əhalisinin 54 faizi hakimiyyətin həyata keçirdiyi siyasətdən narazıdır. Sorğu iştirakçılarının yalnız 23 faizi əhalinin sosial vəziyyətinin əvvəlki illərlə müqayisədə yaxşılaşdığını, 27 faizi isə bunun əksini bildirib. Ermənistan rəhbərliyinin bəyan etdiyi "iqtisadi inkişafa" baxmayaraq, respondentlərin yalnız 33 faizi real iqtisadi tərəqqi olduğuna inanır.

Sorğu nəticəsində iştirakçıların 35 faizi sosial-iqtidsadi problemlərin mənbəyini işsizlikdə, 23 faizi Dağılq Qarabağ münaqişəsinin həll olunmamasında, 21 faizi vətəndaş müharibəsi üçün şərait yaranmasında, 18 faizi dövlət səviyyəsində korrupsiyanın mövcud olmasında görür.

Sorğunun nəticələri göstərir ki, Ermənistan əhalisinin əksəriyyəti ölkədə demokratiyanın inkişafından narazıdır. Respondentlərin 60 faizi gələcək prezident seçkilərinin ədalətsiz olacağını bildiriblər.

Amerikadakı Erməni Assambleyası (AAA) da prezident seçkilərində iştirak edən namizədlərə dair 1508 erməni arasında sorğu keçirib. Məlum olub ki, ABŞ-da yaşayan ermənilərin 37 faizi eks-prezident Levon Ter-Petrosyanı, 23 faizi "İrs" partiyasının rəhbəri Ovanesyanı, cəmi 5 faizi indiki baş nazir Serj Sarkisyanı dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti