...

Bundestaq nümayəndə heyəti Bakıya səfər edəcək

Siyasət Materials 28 Sentyabr 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Bakıda Almaniya və Azərbaycan qanunvericilik orqanlarının əməkdaşlığı müzakirə olunacaq.

Danışıqlar oktyabrın 10-16-da Bundestaqın Qafqaz ölkələri ilə parlament dostluq qrupu üzvlərinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək. Bu barədə cümə günü telefonla Berlindən Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev məlumat verib.

Bu, ölkənin qanunvericilik orqanına keçirilən seçkilərdən sonr, Alman parlament üzvlərinin birinci səfəridir. Səfirliyin katibi bildirib ki, səfər tanışlıq xarakteri daşıyır, Bundestaq deputatları ölkənin siyasi-iqtisadi həyatı ilə tanış olacaqlar, Azərbaycan parlamentində və hökumətdə görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti