...

Türkiyə prezidenti: PKK qarşı mübarizə BTC-yə heç bir təhlükə törətmir (video)

Siyasət Materials 7 Noyabr 2007 20:13 (UTC +04:00)
Türkiyə prezidenti: PKK qarşı mübarizə BTC-yə heç bir təhlükə törətmir (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin PKK terror təşkilatına qarşı hərbi mübarizəyə başlaması Bakı-Tbilisi-Ceyhan neft kəmərini təhlükə altında saxlamır. Bu fikirləri Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, BTC neft kəmərinin təhlükəsizliyi tam nəzarət və zəmanət altındadır. Ona görə də ona qarşı təhlükədən söhbət belə getmir.

Gül bildirib ki, Azərbaycana səfəri çərçivəsində, prezident İlham Əliyevlə görüşündə, onu Türkiyəyə rəsmi səfərə dəvət edib. Türkiyə prezidenti əlavə edib ki, bu səfəri Azərbaycanla Türkiyənin əlaqələrini daha da irəli aparacaq.

Xəbər lenti

Xəbər lenti