...

Türkiyə prezidenti: "Azərbaycanın paytaxtı ilə yanaşı regionları da inkişaf edib"

Siyasət Materials 8 Noyabr 2007 15:34 (UTC +04:00)
Türkiyə prezidenti: "Azərbaycanın paytaxtı ilə yanaşı regionları da inkişaf edib"

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Azərbaycanın paytaxtı ilə yanaşı regionları da inkişaf edib, cümə axşamı Gəncəyə səfəri zamanı Türkiyə prezidenti Abdulla Gül deyib. Paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncə şəhərində olan Nizami Gəncəvi Məqbərəsini ziyarəti zamanı çıxışında Gül bildirib ki, o, Azərbaycanın tarixi şəhərinə səfərindən qürur duyur.

"Gəncəyə səfərim zamanı Azərbaycanın digər şəhərlərinin inkişafının şahidi oldum. Bu uğur Azərbaycan dövlətinin apardığı siyasətin nəticəsidir" Türkiyə prezidenti deyib.

Gül Türkiyə prezidenti olduqdan sonra ilk səfərini noyabrın 6-da Azərbaycana edib. Azərbaycana səfəri zamanı Türkiyə prezidenti bir sıra rəsmi görüşlər keçirməklə yanaşı, təhsil ocaqlarında da olub.

Gül Nizami Gəncəvi Məqbərəsini ziyarət etdikdən sonra oradakı xatirə kitabına ürək sözlərini yazıb. Türkiyə prezidenti Gəncədə olarkən, həmçinin Cavad Xan məqbərəsini, Azərbaycanın ilk Cümhuriyyətinin binasını, türk komandanı Nuru Paşanın qaldığı evi ziyarət edib. Gülün Gəncəyə səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti