Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Goranboy rayonu ərazisindən keçən Goran çayı vadisindən ANAMA-nın əməkdaşları xeyli sayda hərbi silah-sursat aşkar edilib. Aparılan araşdırmalar zamanı torpağın alt qatından 300-dən çox top mərmisi, minaatan, BK markalı qumbara atan mərmi aşkar edilib. ANAMA-dan Trendə verilən məlumata görə, tapılan silah-sursatın əksəriyəti istifadəyə yararlı deyil. Hazırda sözügedən ərazidə qazıntı aparılır və axtarış işləri davam etdirilir.