...

Bakıda mitinq keçirilməsi ilə bağlı İcra Hakimiyyətinə müraciət olunub

Siyasət Materials 10 Dekabr 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Söz azadlığını müdafiə komitəsi mitinq keçirilməsi ilə bağlı bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bu barədə Trend ə müdafiə komitəsinin nümayəndəsi Arzu Abdullayeva məlumat verib.

Söz azadlığını müdafiə komitəsi 10 dekabr - insan haqları günü ilə əlaqədar dekabrın 8-də Bakının "Ukrayna" meydanında mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Lakin paytaxt rəhbərliyi "Ukranya" meydanında mitinq keçirilməsinə izacə verməyib, əvəzində "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin Bibihebətdəki stadionunu təklif edib.

Təklif olunan yer mitinq üçün əlverişsiz vəziyyətdə olduğu üçün 8 dekabr mitinqi təxirə salındı.

Müdafiə komitəsi bu gün təkrar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və dekabrın 22-də "Ukrayna" meydanında mitinq keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti