...

AŞPA-nın Monitorinq Komitəsində Azərbaycandakı vəziyyət müzakirə olunacaq

Siyasət Materials 12 Dekabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində Azərbaycandakı vəziyyət müzakirə olunacaq. Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini, deputat Gültəkin Hacıyeva xəbər verib.

Hacıyeva qeyd edib ki, AŞPA-nın Monitorinq Komitəsinin iclası dekabrın 18-də Parisdə keçiriləcək.

"Monitorinq Komitəsinin iclasında monitorinq altında olan bir neçə ölkə ilə yanaşı Azərbaycanla bağlı da fikir mübadiləsi aparılması nəzərdə tutulub. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Monitorinq Komitəsi üzvlərinə ölkədəki vəziyyətlə bağlı məlumat verməsi nəzərdə tutulub", Hacıyeva bildirib.

O qeyd edib ki, əgər Monitorinq Komitəsinin gündəliyi sıx olsa, Azərbaycanla bağlı müzakirələr AŞPA-nın yanvarda keçiriləcək qış sessiyası çərçivəsində Monitorinq Komitəsinin iclası zamanı aparılacaq.

Xəbər lenti

Xəbər lenti