...

Özbəkistanda bu gün ölkə prezidentini seçirlər

Siyasət Materials 23 Dekabr 2007 09:04 (UTC +04:00)
Özbəkistanda bu gün ölkə prezidentini seçirlər

Özbəkistanda bu gün ölkə prezidentini seçirlər. RİA Novosti aqentliyi xəbər verir ki, respublika ərazisində 8 266, xarici ölkələrdə isə 43 seçki məntəqəsi fəaliyyət göstərir.

Prezidentliyə dörd namizədin adı var: respublikanın indiki başçısı İslam Kərimov (Liberal-demokrat partiyasından), Əsliddin Rüstəmov (Xalq-demokrat partiyasından), Diloram Taşmühəmmədov (Sosial-demokrat partiyasından) və Akmal Səyidov (seçicilərin təşəbbüs qrupasından).

Namizədlərin heç biri seçkilərdə iştirak etmiş vətəndaşların 50% səsindən artıq yığa bilməzsə seçkilərin ikinci mərhələsinə ən çox səs yığan iki namizəd çıxır.

O da bildirilir ki seçkilərin keçirilməsinə 264 xarici və 23 mindən çox yerli müşahidəçi nəzarət edir. İlkin nəticələr dekabrın 24-də Seçki komissiyasının brifinqində elan ediləcək. Son nəticələr isə 2008-ci ilin yanvar ayının 3-də rəsmi olaraq bildiriləcək.

Özbəkistan prezidenti 7 il müddətinə seçilir.

Xəbər lenti

Xəbər lenti