...

Füzuli məcburi köçkünlərinin torpaqlarına qayıdışı layihəsi hazırlanır -Azərbaycanın vitse-spikeri

Siyasət Materials 27 Dekabr 2007 15:41 (UTC +04:00)
Füzuli məcburi köçkünlərinin torpaqlarına qayıdışı layihəsi hazırlanır -Azərbaycanın vitse-spikeri

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Füzuli rayonunun Horadiz kəndinə şəhər statusunun verilməsi gözlənilir, cümə axşamı Milli Məclisin vitse-spikeri Bahar Muradov rayondakı məcburi köçkünlərlə görüşündən sonra jurnalistlərə bildirib.

Füzuli rayonunun böyük hissəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqustunda işğal olunub.

Muradova deyib ki, Horadizə şəhər statusu verildikdən sonra onun inkişafı üçün layihələr həyata keçiriləcək. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif rayonlarında məskunlaşan Füzuli sakinlərinin Horadizə qayıtması üçün "Böyük Qayıdış" layihəsi hazırlanır. Layihəyə əsasən, yeni diaqnostika mərkəzi, laboratoriyalar, yeni istehsal müəssisələri açılacaq. Eyni zamanda, rayona yeni qaz xətləri çəkiləcək.

Xəbər lenti

Xəbər lenti