...

Abxaziya Gürcüstanla inzibati sərhədi tamamilə bağlayıb

Siyasət Materials 3 Yanvar 2008 11:49 (UTC +04:00)

Abxaziya hakimiyyəti Qalsk gürcülərinin yanvarın 5-də Gürcüstanda keçiriləcək prezidenti seçkilərində iştirakına imkan verməmək üçün bu gün səhər İnquri çayı üzrə Gürcüstanla inzibati sərhədi tamamilə bağlayıb. Qafqaz-Press-in Zuqdididəki regional müxbiri bildirib ki, abxaz milisi bütün sərhəd boyu yerləşib və sərhəddə gücləndirilmiş iş rejimi üç gün davam edəcək. Qondarma respublikanın XİN-nin rəhbəri Sergey Şamba gürcüstanlı jurnalistlərə Qalsk rayonundakı gürcülərin "siyasi oyunlar" oynamayacaqlarını bildirib. "Əgər onlar Abxaziyada yaşayırlarsa və bizim respublikanın vətəndaşlarıdırlarsa, qonşu ölkədəki seçkilərdə səs vermək hüquqları yoxdur. Əgər onlar özlərini Gürcüstan vətəndaşları hesab edirlərsə, o zaman bizim ölkəni tərk etməlidirlər" Şamba bildirib.

Abxaziya xüsusi təyinatlıları Qalsk rayonundakı gürcüləri qorxutmaqda və oradakı dinc əhaliyə divan tutmaqda davam edir. Bu gün gecə saat 03.00-da onlar gürcüstanlı ailələrin evlərinə daxil olublar və daha bir neçə gənci saxlayıblar. Onlar gürcüləri Gürcüstandakı prezident seçkilərində səs verəcəkləri halda həbs edəcəkləri ilə təhdid ediblər. Gürcüstan tərəfi beynəxalq ictimaiyyəti Qalsk rayonunda yaşayan və öz ölkələrinin prezident seçkilərində iştirak etmələrinə maneçilik yaradılan gürcülərə yardım etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti